Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyevin hesabat məruzəsi dinlənildi

0

  •         17 yanvar tarixdə Xocalı rayon İcra Hakimiyyəti başçısının Kərkicahan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin
    2018-ci ildə görülən işlərə və qarşıda duran vəzifələrə dair hesabatı iclası keçirildi. Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, rayonun idarə, müəsssiə rəhbərləri və Kərkicahan qəsəbə sakinləri iştirak etdilər. 
            Hesabat iclasının reqlamentinə əsasən sədr və katib hesabat iclası iştirakçıları tərəfindən səsə qoyalaraq seçildi. 
            Sonra Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyev hesabat məruzəsi ilə çıxış edərək 2018-ci ildə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan, əldə olunan nailiyyətlərdən, eyni zamanda nümayəndəlikdə və ona tabe olan idarə və müəssisələrdə görülən işlər haqqında məlumat verdi, qarşıda duran vəzifələri və qəsəbə sakinlərinin təklifləri diqqətə çatdırdı. 
            Dərgah Haqverdiyev bildirdi ki, 01 yanvar 2019-cu il tarixə Kərkicahan qəsəbə əhalisi 655 təsərrüfatdan
    və 2375 nəfərdən, Xankəndi şəhər əhalisi isə 522 təsərrüfatdan 1925 nəfərdən
    ibarətdir.
            2018 – ci ildə
    Kərkicahan qəsəbəsi üzrə 15 nəfər doğum, 9 nəfər ölüm, 114 nəfər gələn və 65 nəfər
    gedən qeydiyyata alınmışdır.Qəsəbə əhalisinin artım faizi 2,3 %, ölüm faizi 0,3
    % olmuşdur.Bir yaşadək ölüm və ölü doğulma halları olmamışdır.
            01 yanvar 2019
    – cu il tarixə Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən
    367 baş iribuynuzlu heyvan, 751 baş xırdabuynuzlu heyvan, 1380 ədəd ev quşu, 541
    arı ailəsi və 9 baş at qeydiyyata alınmışdır. İl ərzində 520 sentner ət, 4600
    litr süd istehsal olunmuşdur.6 hektar sahədə əkin aparılmışdır. 4 hektar sahədən
    1000 sentner kartof, 2 hektar sahədən isə 140 sentner (xiyar 68 sentner, 72
    sentner pamidor) tərəvəz yığılmışdır.


            2018-ci
    ildə Kərkicahan qəsəbə, Xankəndi şəhər və rayon sakinlərinə aidiyyati üzrə müxtəlif
    məzmunlu 496 ədəd arayışlar verilmişdir. Xocalı rayon İcra Hakimiyyətinə,
    rayonun digər idarə, müəssisə və təşkilatlarına, Gəncə şəhərinin Nizami
    rayonunun aidiyyati üzrə müxtəlif dövlət qurumlarına 71 ədəd müxtəlif məzmunlu
    məktublar göndərilmişdir. Rayon İcra Hakimiyyətindən və rayonun digər aidiyyati
    orqanlarından icra olunmaq üçün nümayəndəliyə 47 ədəd müxtəlif məzmunlu məktub
    və sərəncamlar daxil olmuş və icrası tam təmin olunmuşdur. 2018-ci ildə Kərkicahan
    qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 25 ədəd əmr, 25 ədəd sərəncam
    verilmişdir. İl ərzində 14 dəfə iclas və yığıncaqlar keçirilmiş, protokollar tərtib
    olunmuşdur. Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə vətəndaşlar
    tərəfindən 9 ədəd ərizə daxil olmuş və 8 ərizə müsbət həllini tapmış, 1 ədəd ərizə
    isə icraata götürülmüşdür.
            Dərgah Haqverdiyev Kərkicahan qəsəbə inzibati ərazi
    dairəsi üzrə nümayəndəliyi qarşısında vətəndaşlar tərəfindən qaldırılan məsələlər
    və verilən təklifləri də məruzə etdi. Yataqxanaların, ictimai binaların,
    sanatoriyaların və s. qəzalı vəziyyətdə olduğunu və məskunlaşan ailələrin
    sıxlığını nəzərə alaraq mərhələli şəkildə köçürülmələri üçün yeni fərdi yaşayış
    evlərinin və ya binaların tikilməsindən ötəri Qaçqınların və Məcburi Köçkünlərin
    İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi qarşısında yenidən məsələ
    qaldırılmasına köməklik göstərilməsini, aztəminatlı ailələrin özünəməşğulluq
    proqramlarına cəlb olunmalarına köməklik göstərilməsini, Elektron Hökumətin yaradılması ilə əlaqədar icra
    nümayəndəliyində əksər işlərin elektron variantda aparılacağını nəzərə alaraq
    nümayəndəliyə köhnəni əvəz etmək üçün bir kompyuter dəstinin alınmasına köməklik
    göstərilməsini rayon rəhbərindən xahiş etdi. 
            Məruzə ətrafı çıxışlarda Xankəndi
    şəhər Natiq Şahmuradov adına 6 №-li Kərkicahan qəsəbə tam orta mətəbinin direktoru Arzu Hacıyeva rəhbərlik etdiyi məktəbin ötən tədris ilində nailiyyətlərindən, "Təhsildə keyfiyyət ili" ilə əlaqədar görülən tədbirlərdən danışdı. Kərkicahan qəsəbə sakini Hacı Rəsulov, Kərkicahan qəsəbə həkim-amblatoruyasının tibb bacısı Sara Məhərrəmova hesabat məruzəsini qənaətbəxş saydıqlarını qeyd etdilər. 
            Xocalı rayon İcra Hakimiyyətinin başçısı, hesabat iclasının sədri cənab Şahmar Usubov sonda hesabat məruzəsinə münasibət bildirdi. Dərgah Haqverdiyevin öz işinə məsuliyyətlə yanaşdığını, yerli icra hakimiyyəti orqanının verdiyi tapşırıqları vaxtlı-vaxtında yerinə yetirdiyini dedi. Nümayəndəliyin 2018-ci ildə gördüyü işləri qənaətbəxş saydı. 
            Şahmar Usubov ayrı-ayrı rayonlarda məskunlaşan sakinlərlə keçirilən səyyar - qəbul görüşlərdə problemlərin yerində öyrənilməsi və həlli istiqamətində lazımi tədbirlər görüldüyünü bildirdi. Bunun nəticəsi olaraq sakinlər tərəfindən yerli icra hakimiyyətinə daxil olan ərizələrin sayının azaldığını diqqətə çatdırdı. 
            Dövlət Proqramına əsasən, Xocalı rayon sakinləri üçün 6 qəsəbə salındığını bildirən Şahmar Usubov, 2019-cu ildə Gəncə şəhəri ərazisində yeni qəsəbələrin salınacağının gözlənildiyini dedi. Bildirdi ki, həmin qəsəbələrə Kərkicahan sakinlərinin də köçürülməsi nəzərdə tutulub. Kərkicahan sakinlərinin yeni qəsəbələrə köçürülməsi ilə mövcud olan bir çox problemlər həll olunacaq.
            Şahmar Usubov Cənab Prezidentimizin rəhbərliyi ilə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gündən - günə artdığını bildirdi. Dövlətimizin iqtisadiyyatı, Ordumuzun gücü, artdıqca xalqımızın rifahı, ölkəmizin qüdrətinin də artığını vurğuladı.
            Rayonumuzun rəhbəri qeyd etdi ki, Aprel döyüşlərində və uğurlu Günnüt əməliyyatlarında beynəlxalq aləm Azərbaycan Ordusunun gücünü gördü. Müvvəqəti olaraq Aprel döyüşlərinin dayandırılması Ermənistana Qarabağ probleminin sülh yolu ilə həlli üçün bir daha imkan verir. Ancaq bu onlar üçün sonuncu zaman, axırıncı imkandır. Azərbaycan dövləti hansı yolla olur-olsun işğal olunmuş torpaqlarını azad edəcək. Cənab Prezidentimizin apardığı uğurlu siyasət bizim inamımızı bir daha artırır.  
           



















            





    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib57 dəfə
    Kərkicahan qəsəbə İƏD si üzrə nümayəndəsi Dərgah Haqverdiyevin hesabat məruzəsi dinlənildi

    Maraqlı gələ bilər
    41
    46
    56